1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Məmmədov məşqlərə başladı
"Səbail”lə qarşılaşmadan sonra istirahətə buraxılan "Sumqayıt” klubu bu gündən etibarən məşqləri bərpa edib.
Sportnet.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında səhər məşqini keçirib. Zədəli olan Əfran İsmayılov və milli komandalarda olan Bəxtiyar Həsənalızadə,Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib.
Rail Məlikov fitness zalında fərdi çalışmalarla kifayətlənib. Elvin Məmmədov isə zədəsini tam sağaldaraq komanda ilə birlikdə məşqlərə başlayıb. Hazırlıq prosesi ərzində müxtəlif toplu çalışmalar edilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddətində "Sumqayıt” yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunun keçirilmə tarixi və rəqibin kimliyi yaxın günlərdə bilinəcək.