1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almeyda yalnız Serxio Ramosdan geri qaldı
UEFA Millətlər Liqasının IV turunun yekunları əsasında yekun statistik göstəriciləri açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda dəqiq ötürmə verən futbolçuların siyahısında ikinci pillədə qərarlaşıb.
30 yaşlı yarımmüdafiəçi 298 ötürmə ilə yalnız İspaniya yığmasının oyunçusu Serxio Ramosdan geri qalır. İspaniyalı müdafiəçinn aktivində 306 dəqiq ötürmə var. İlk "3-lüy"ü isə 283 ötürmə ilə moldovalı Aleksandr Yepuryanu qapayır. Azərbaycan yığmasının digər üzvü Qara Qarayev bu göstəricidə 276 ötürmə ilə dördüncü yerdədir.
Bombardirlər siyahısına yenə belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Onlar hərəyə 4 qol vurublar.
San-Marinonun qapıçısı Elia Benedettini "seyv” sayında zirvədədir. O, 4 tur ərzində 13 top buraxdığı halda, 30 dəfə komandasını qoldan xilas edib.
Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə bilavasitə yardımçı olub.
Millətlər Liqasında hələlik ən çox qol vuran yığmalar isə Lüksemburq və İspaniyadır. Hər iki komanda 10 dəfə rəqib qapılarına yol tapa biliblər.