1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dario Frederiko: "Yenidən öz ölkəmdə oynamaq istəyirəm"
"Neftçi” klubunun futbolçusu Dario Frederiko "Torcedores.com" saytına müsahibəsində Azərbaycandakı karyerasından danışıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsindən kənarda ən yaxşı keçidini Azərbaycanda reallaşdırdığını vurğulayıb
"Ən əlamətdar transferim "Kəpəz" klubuna keçmək olub. Portuqaliyanın "Trofense" komandasında çıxış edərkən pis vəziyyətdə idim. Azərbaycana gələndə mənim üçün fərqli olacağını bilirdim. Bu gün də "Kəpəz" azarkeşlərinin diqqətini hiss edirəm", - braziliyalı oyunçu deyib.
Frederiko "Neftçi"nin cari mövsümdəki çıxışından və hədəflərindən də söz açıb: "Təəssüf ki, Avropa Liqasında mübarizəyə davam edə bilmədik. İndi bütün diqqətimiz ölkə çempionatına yönəlib. Bu klubdan razıyam. Çünki mənim yaxşı gəlirim var. "Neftçi" 2012/2013 mövsümündən sonra çempion ola bilməyib. Klub çempionatdakı ən yaxşı oyunçularla və legionerlərlə heyətini gücləndirib. Komandanın əsas məqsədi ölkə çempionu olmaqdır".
Yarımmüdafiəçi karyerasındakı hədəfinin daha çox tanınmaq olduğunu söyləyib: "Yenidən öz ölkəmdə oynamaq istəyirəm. Ancaq böyük klublardan təklif olsa, bunu reallaşdırardım. Braziliyada mənim oyun üslübumda oynayan komanda "Santos"dur. Orada hər zaman istedadlı oyunçular olub".
Ölkəsinin heç bir klubundan təklif almadığını bildirən "sambaçı" son olaraq oyunlarını bəyəndiyi futbolçuların adlarını da açıqlayıb: "Bir çoxlarının oyununu bəyənirəm. Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardır".