
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Elvin Yunuszadə ilə müqavilə bağlanılıb. Onunla anlaşmanın müddəti açıqlanmır. Yunuszadə debütanta azad agent kimi keçib.
26 yaşlı müdafiəçi karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub.