"Yaxşı hazırlıq keçmiş, iki həftə məşq etmişdik. Amma bu futboldur, bəzən belə də olur".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kvame Karikari səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının VIII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Qanalı hücumçu bu məğlubiyyəti unutdurmağa çalışacaqlarını bildirib: "Gələn oyunda 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Cari mövsümdə ölkə çempionatında ilk dəfə uduzduq. Ona görə də bu məğlubiyyət ağır oldu. Qarşıdakı oyunlara daha da yaxşı hazırlaşıb, bugünki səhvləri buraxmamalıyıq. Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq. Növbəti turlarda onları sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, "Neftçi" növbəti turda "Qarabağ"ı qəbul edəcək.