1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Arsenal” 11 il əvvəlki rekordunu təkrarladı
UEFA Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan İngiltərənin "Arsenal” komandası 11 il əvvəlki rekordunu təkrarlayıb.
Sportnet.az xəbər verir ki, London təmsilçisi bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb. "Topçular” buna Premyer Liqanın IX turunda evdə "Lester”i 3:1 hesabı ilə üstələməklə nail olublar. Bu görüşdə Məsut Özil qol və məhsuldar ötürmə müəllifi olub. Ümumilikdə isə türk əsilli oyunçunun aktivində 7 matçda 3 qol və 1 məhsuldar ötürmə var.
9 turdan sonra "Arsenal” 21 xalla 4-cü pillədə qərarlaşıb. Premyer Liqada ardıcıl 7 oyunda qələbə qazanan londonlularda topların nisbəti 20:6-dır.
"Arsenal” belə seriyanı 2007-ci ildən sonra ilk dəfə əldə edib. Klub Avropa Liqasında 2, İngiltərə Liqa Kubokunda 1 qələbəyə də nail olub. Avroliqa zəfərlərindən biri oktyabrın 4-də Bakıda "Qarabağ”la görüşdə reallaşıb - 3:0.
Qeyd edək ki, "Qarabağ” dekabrın 14-də Avroliqanın VI turunda "Arsenal”ın qonağı olacaq.