
Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızı bundan sonra Tino Peres çalışdıracaq.
45 yaşlı ispaniyalı mütəxəssisin təyinatının təsdiqi AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Tino Peres eyni zamanda futzal üzrə Azərbaycan çempionu "Araz"ın da baş məşqçisidir.