
Bu gün daha bir faciə xəbəri İngiltərə futbolundan gəldi. Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, İngiltərənin qadınlardan ibarət futbol liqasında bədbəxt hadisə qeydə alınıb.
"Kedli" klubunun 15 yaşlı futbolçusu Melissa Smit oyunun fasiləsinə az qalmış huşunu itirərək meydana yıxılıb. Həkimlərin təcili müdaxiləsindən sonra hospitala çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin ilkin ehtimallarına görə, Melissa ani ürək dayanmasından həyatını itirib.
Qeyd edək ki, "Ekston"la görüş məlum səbəbdən yarımçıq dayandırılıb.