1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənan Qurbanov: “Qarabağ” bizdən güclüdür”
"Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm. "Qarabağ" ikinci hissəni daha yaxşı keçirdi. Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısacası, "Qarabağ” bizdən güclüdür”.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"a 3:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdik...
- "Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə futbolçularımda əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.
- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?
- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.
- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur? Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Rauf Əliyevi niyə meydana buraxmadınız?
- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasim Ramaldanovu standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.
- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar, yoxsa heyətin güclənməsinə inamınız yoxdur?
- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdəki heyətdən maksimum yararlanmağa çalışacağıq.