1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İnnosent Emeqara: “Vurduğum qol komandaya rahatlıq gətirdi”
"Bu, daha çox xarakter oyunu oldu. Görüş bizim üçün çox önəmli idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu baxımdan, qələbəni önəmli sayıram”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu İnnosent Emeqara səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 47-ci dəqiqədə bərabərlik qoluna imza atan 29 yaşlı legionerin sözlərinə görə, Qəbələdə önəmli məqamda fərqlənib: "Mənim ikinci hissənin əvvəlində vurduğum qol komandaya rahatlıq gətirdi. Bu baxımdan, qolumu önəmli sayıram. İlk yarıda isə bəxtsizlikdən qol buraxdıq. Bura udmağa gəlmişdik. Cümə axşamı Avroliqada oyunumuz olmuşdu deyə, yorğunluq vardı. Amma biz xarakter göstərdik. Buna görə də çox şadıq”.
Qeyd edək ki, bu, İnnosent Emeqaranın cari çempionatda 5-ci qolu olub.