1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli komanda Almeyda və Dadaşovsuz başladı
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə keçirəcəyi oyunların hazırlıqlarına başlayıb.
Milli komandanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma bu gün "Dalğa Arena"da toplaşıb. Komanda hazırlıq prosesinə 22 oyunçu ilə start verib.
Ölkə xaricində çıxış edən futbolçulardan Pavlo Paşayev, Dmitri Nazarov və Ramil Şeydayev yığma ilə birgə məşqlərə qatılıb. Klublarının heyətlərində ötən gün çempionat oyunlarında iştirak etmiş Riçard Almeyda və Rüfət Dadaşov isə axşam saatlarında Bakıya gələcək.
Qeyd edək ki, Farer adaları ilə oyun noyabrın 17-də Bakı Olimpiya Stadionda olacaq. Azərbaycan millisi noyabrın 20-də Priştinadakı Fadil Vokkri adına stadionda Kosovo ilə qarşılaşacaq.