"Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm".
Sportnet.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində İsrailə 1:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, rəqibin Avropanın bir neçə güclü komandaları ilə qarşılaşmalardan da qalib ayrıldığını vurğulayıb:"Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq”.







































































