1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lars Olsen: "Oyunu səbrsizliklə gözləyirik"
"Çox yaxşı məşqlərimiz oldu. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Azərbaycanla bir ay öncə qarşılaşdıq və 0:3 hesabı ilə uduzduq. Kobud səhvlərə yol verdik. Nəticədə rəqib bizi cəzalandırıdı. Azərbaycan yaxçı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".
Sportnet.az-ın məlumatına görə, bunu Farer adalarının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
57 yaşlı danimarkalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- Azərbaycana tez - çərşənbə axşamı gəlməyiniz nə ilə bağlıdır?
- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlmıyimiz bura uyğunlaşmaq üçündür. İkk matçda uduzsaq da bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?
- Mən heç bir "11-lik" elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludur.
- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsız?
- Elə deməzdim. Onlar çox sakitdir. Emosianal halımız eynidir.
- İlk matçda niyə mətbuat konfransına gəlməmişiniz? Sabah da uduzsaz, sizi gözləyək, yoxsa yox?
- Xeyr, bu baş verməyəcək. Nəticədən aslı olmayaraq burada olacağam.
- Qrupun favoriti Kosovodur, yoxsa Azərbaycan?
- Əlbəttə, kapitanımız kimi Farer adalarını qeyd etmək istərdim. Amma belə deməyəcəyəm. Bizə qarşı oynamış komandalar arasında ən yaxşısı Kosovo idi.