"Neftçi" klubunun futbolçusu Mirabdulla Abbasov Azərbaycan milli komandasının heyətində debüt edib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Farer adaları yığması ilə UEFA Millətlər Liqasının qarşılaşmasında meydana çıxıb. O, 78-ci dəqiqədə Rüfət Dadaşovu əvəzləyib.
Qeyd edək ki, hazırda Azərbaycan millisi 2:0 hesabı ilə öndədir.







































































