1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Toni Adams: "Maşın üzərində sekslə məşğul oldum"
"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İngiltərə "Arsenal"ında çıxış etdiyi vaxt içkili halda maşın üzərində sekslə məşğul olmasından danışıb.
Sportnet.az-ın məlumatına görə, əfsanəvi müdafiəçi "The Times" nəşrinə açıqlamasında bu hadisənin futbolçu karyerasının ilk illərində baş verdiyini bildirib. Adams bu addımı ilə qızın valideynlərinə ağır zədə yetirdiyini söyləyib: "Mən bir məclisə getmişdim. Orada içki və ola bilsin, ağır narkotik maddələr qəbul etdim. Bundan sonra bir qadınla maşın üzərində sekslə məşğul oldum. Ertəsi gün atam mənə dedi: "Hamı səndən danışır. İçib qıza qarşı əxlaqsızlıq etmisən. Rüsvayçılıq idi. Ölüb qəbirə girməkdən başqa çarəm yox idi. Qızla cinsi əlaqədə olduğumu bir nəfər görmüşdü və o, bunu sonradan mənə dedi".
Adams 1996-cı il Avropa çempionatından sonra "Sporting Chance" klinikası açmağı qərara alıb. Məqsəd idmançılara narkomaniya ilə mübarizədə kömək etməkdən ibarət olub. Bu addımına görə ingiltərəli sabiq futbolçu "Global Football Ambassador" mükafatına layiq görülüb. Onun sözlərinə görə, "Global Football Ambassador" karyerası ərzində qazandığı istənilən kubok və mükafatlardan üstündür.
Qeyd edək ki, Toni Adams 2010-cu ilin yayından 2011-ci ilin sonlarınadək "Qəbələ"də baş məşqçi, sonradan isə klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində çalışıb.