1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi
Azərbaycan Premyer Liqasının lideri "Neftçi” qol seriyasını 20-yə çatdırıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, XII turda "Səbail”ə 2:0 hesabı ilə qalib gələn "ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir.
Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də "Qarabağ”la ev görüşündə qol vura bilməyib – 0:0.
Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən "Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb.
Bu, "Neftçi"nin Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.