
"Neftçi” PFK-nın U-10 komandası Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirin qalibi olub.
Sportnet.az xəbər verir ki, flaqman həlledici oyunda "Amasiya”nı 8:4 hesabı ilə məğlub edib. "Amasiya” İdman Kompleksində baş tutmuş görüşdə Ramin Abıyev və Rüstəm Hüseynli het-trikə imza atıblar. Mircavad Həsənov isə dubl edib.
Qeyd edək ki, "Neftçi” bunadək "Zirə” (10:1) və "Stars United” (10:0) klublarına qalib gəlmişdi.