"Qəbələ" klubunun sabiq futbolçusu Sergey Zenyov Polşa "Krakoviya"sından kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, estoniyalı hücumçu komandasının qış toplanışında iştirak etməyib. Baş məşqçi Mixal Probej ona və xorvatiyalı Antonini Çelinaya özlərinə yeni klub tapmalarını tövsiyə edib.
Qeyd edək ki, Sergey Zenyov "Krakoviya"ya 2017-ci ilin iyununda keçib. O, ümumilikdə 41 oyuna 5 qol vurub. Bu mövsümün ilk yarısında Zenyov 12 qarşılaşmada cəmi 1 dəfə fərqlənə bilib.