
"Qəbələ" klubunun sabiq futbolçusu Sergey Zenyov Polşa "Krakovya"sına keçib. Sportnet.az-ın "Gazeta Krakowska"ya istinadən məlumatına görə, 28 yaşlı hücumçu azad agent kimi transfer olunub.
Zenyovun "qırmızı-qaralar"la mövcud anlaşması iyunun 30-da başa çatacaq. Onunla müqavilə uzadılmadığından, "Krakovya" təcrübəli forvardı pulsuz əldə edəcək.
Qeyd edək ki, Sergey Zenyov "Qəbələ"də son 2 mövsüm ərzində forma geyinib.