
Almaniyanın “Borussiya” (Dortmund) klubu Argentina “Boka Xuniors”unun futbolçusu Leonardo Balerdini heyətinə qatmaq üzrədir.
“Report” “Ruhr Nachrichter” portalına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi tibbi yoxlamadan keçmək üçün Dortmund təmsilçisinin düşərgəsinə gəlib. Argentina millisinin üzvü ilə 5 illik müqavilənin bağlanılacağı gözlənilir.
“Borussiya”nın Balerdi üçün “Boka Xuniors”a 16 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, gənc futbolçu “Boka Xuniors”un yetirməsidir.