
İngiltərənin "Tottenhem" klubunun yeni stadionu mövsümün sonuna kimi tam hazır olmayacaq.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna baxmayaraq, London təmsilçisi cari mövsüm rəqiblərini bu arenada qəbul edə biləcək.
Stadionun açılışı ötən ilin payızında planlaşdırılıb, lakin təhlükəsizlik problemləri səbəbində ilk dəfə dekabr ayına, yeni məlumata görə isə martın sonunadək təxirə salınıb.
İngiltərə Premyer Liqasının rəhbərliyi "Tottenhem"in yeni stadionunun açılışının təxirə salınmasından narazıdır. Klub aprelin 6-da "Brayton"la görüşünü yeni stadionunda keçirə bilməsə, arenadakı debüt matçı növbəti mövsümə qalacaq.
Qeyd edək ki, "Tottenhem" bu mövsüm ev oyunlarını "Uembli" stadionunda keçirir.