"İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yoxlama oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis hava şəraitinin sürətli oyun göstərməyə imkan vermədiyini bildirib: "Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Amma texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".