Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" komandasının daha bir rəqibi dəyişib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rumıniya "Konkordiya"sı ilə yanvarın 23-də nəzərdə tutulan görüş baş tutmayıb. Səbəb "Konkordiya"nın Antalyaya toplanışa gəlməməsidir. Əvəzində Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv həmin gün Qazaxıstan "Aktau"su ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan "Okjetpes"i ilə yanvarın 18-də nəzərdə tutulan yoxlama matçı da ləğv olunub. Əvəzində həmin tarixə Özbəkistanın U-23 yığması ilə görüş təyin edilib. "Arkadia" otelinin meydanında keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Ümumilikdə "Keşlə" Antalyada 4 oyun planlaşdırır.