Türkiyənin "Başakşehir" klubu baş məşqçisi Abdullah Avcı ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 56 yaşlı mütəxəssislə uzunmüddətli sözləşmə imzalayıb. Türkiyəli məşqçinin yeni müqaviləsi 5 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildən "Başakşehir"in baş məşqçisidir. Onun komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaqdı. İstanbul klubu hazırda Türkiyə Super Liqasında 35 xalla birinci pillədə qərarlaşıb.