Rusiyalı futbolçu Aleksey Qasilinin “Səbail”ə keçidi baş tutmayıb.
Sportnet.az xəbər verir ki, 23 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “dənizçilər”in düşərgəsini tərk edib.
Heç bir yoxlama oyununda iştirak etməyən Qasilin şəxsi işləri ilə əlaqar “Səbail”dən ayrılıb və onun paytaxt klubuna keçidi baş tutmayıb. Baş məşqçi Aftandil Hacıyev baxışda olan serbiyalı müdafiəçi İqor Ristivoyeviçi isə bəyənib. Onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Qasilin Rusiya “Zenit”inin yetirməsidir. O, karyerası ərzində Almaniya “Şalke”sinin ikinci komandasında, vətənində “Amkar” və Portuqaliyanın “Akademiku de Vizeu” kollektivlərində çıxış edib. 31 yaşlı Ristivoyeviç vətəninda “Maçva”nın formasını geyinib.
“Səbail” qış fasiləsində Elvin Yunuszadəni heyətinə qatıb. (Report)