1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Məmməd: "Gedişat xeyrimizədir"
“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Bu oyunda fiziki baxımdan çox güc sərf etdik. Oyun zamanı bəzi gedişlər yaxşı alındı".
Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya bölgəsində Norveç "Tromse"si ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis hazırlıq prosesindən razılıq ifadə edib: "Taktiki planda müəyyən işlərimiz qalıb, bundan sonra onlara daha çox vaxt ayıracağıq. Fikrimcə, toplanışın ümumi gedişatı komandanın xeyrinədir. Futbolçuların ümumi hazırlığında artım hiss olunur”.
Qeyd edək ki, "Tromse" ilə matçda Azərbaycan yığmasının qollarını Tural Bayramov və Sərhat Daşdəmir vurub.