
İtaliya A Seriyasında XXI turun mərkəzi görüşü "Latsio" və "Yuventus" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 59-cu dəqiqədə Turin təmsilçisinin futbolçusu Emre Can açıb. Lakin o, topu öz qapısına göndərib. Lakin 74-cü dəqiqədə Joau Kanselu bərabərlik qolunu vurub. 88-ci dəqiqədə isə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirib.
Bu qələbə sayəsində xallarını 59-a çatdıran "Yuventus" liderliyini daha da möhkəmlədib. 32 xalı olan "Latsio" isə 8-cidir.