Futbol üzrə Azərbaycan millisinin sabiq tərcüməçisi Aydın Rüstəmov "Qarabağ"da işə başlayıb.
Sportnet.az xəbər verir ki, UEFA-nın "A" kateqoriyasına malik olan Rüstəmov Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
O, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından etibarən Ağdam klubuna qoşulub.
Qeyd edək ki, Aydın Rüstəmov Berti Foqts və Robert Prosineçkinin baş məşqçi olduğu vaxt Azərbaycan millisinin tərcüməçisi, Qurban Qurbanovun millidə çalışdığı vaxt isə təşkilati işlərdə çalışıb.