Gürcüstan milli komandasının qapıçısı Georgi Loriya keçmiş klubu Rusiya "Krılya Sovetov"una qarşı məhkəmə işindən qalib ayrılıb.
Sportnet.az-ın məlumatına görə, məhkəmə Samara təmsilçisinin 33 yaşlı qolkiperə 20 milyon rubl ödənilməsinə dair hökm çıxarıb. Loriya klubun ona əmək haqqıdan əlavə, məzuniyyət pulu da borclu olduğunu bildirib. Daha əvvəl o, "Anji"dən də borca görə 4,5 milyon rublu məhkəmə yolu ilə udub. Qapıçı Dağıstan komandasında 2017-2018 mövsümündə icarə əsasında çıxış edib. O, 13 matçdan 2-də qapısını toxunulmaz saxlayıb.
"Krılya Sovetov" komandaya 2015-ci ildə cəlb etdiyi Loriya ilə yollarını 2018-ci ilin sentyabrında ayırıb. Hazırda bu klubda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış edir.