Cənubi Koreyanın "Tequ" klubu "Neftçi"nin futbolçusu Dario Frederikonu transfer edib.
Sportnet.az-ın məlumatına görə, Asiya təmsilçisinin rəsmi saytı rəsmi müqavilənin bütün prosedurlar yekunlaşdıqdan sonra bağlanılacağını açıqlayıb. Sözləşməyə imza atdıqdan sonra braziliyalı hücumçu komandanın Çinin Kunmin şəhərindəki təlim-məşq toplanışına qatılacaq.
"Sambaçı" "Tequ"ya keçidindən məmnun olduğunu bildirib: "Bura klubun istəyilə gəldim. Mən də bu etimadı doğrultmağa çalışacağam".
Qeyd edək ki, "Tequ"nun hücum xəttində daha 2 braziliyalı - Sezar Fernando Silva Melo və Edqar Bruna da Silva da yer alıb.