Fransa "Marsel"inin yeni transferi Mario Balotelli karyerasını bitirmək istədiyi komandanı açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu İtaliya "Breşiya"sının adını çəkib. Lakin o, İtaliya futbolunun həddən artıq taktiki və bir qədər darıxdırıcı olduğunu vurğulayıb: "Mən A Seriyasına qayıtmağı son bir neçə ayda həqiqətən düşünməmişəm. Amma bu faktı gizlədə bilmərəm: karyeramı "Breşiya"da bitirmək istərdim".
Qeyd edək ki, Mario Balotelli İtaliyanın Breşiya əyaləti yaxınlığındakı Banyolo-Mella şəhərində doğulub. Əvvəllər İtaliyanın "İnter" və "Milan", eləcə də İngiltərənin "Mançester Siti" və "Liverpul" klublarında çıxış etmiş forvard hazırkı klubuna 2016-cı ildən formasını geyindiyi "Nitsa"dan keçib. "Marsel" Liqa 1-də 22 oyundan 31 xalla 10-cu pillədə qərarlaşıb.