
“Keşlə” klubu heyətinə iki legioner futbolçu cəlb edib.
Sportnet.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar venesuelalı Luis Anxelo Pena və ukraynalı Valeri Kutsenkodur.
Venesuelalı pleymeykerlə 1,5 illik, ukraynalı yarımmüdafiəçi ilə isə mövsümün sonunadək müqavilə bağlanılıb.