
"Hələ ki, heç nə deyə bilmərəm. Hələ danışıqlarımız bitməyib".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib. Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...
- Azərbaycan yığmasında AVRO-2020-yə yüksələcək potensialı görürsünüz?
- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.
- Danışıqlar nə zaman bitəcək?
- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.
- Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü meydanda çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?
- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.