
Noyabrın 12-də Oslo şəhərində Norveç və Estoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan milli komandasının məşqçisi Aslan Kərimov həmin qarşılaşmanı izləyəcək.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycan və Norveç milliləri qarşılaşacaq.