Bu gün Bakıda ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) regional iclası keçirilib.
Sportnet.az xəbər verir ki, “Qarabağ” klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə, (“Beşiktaş”, “Fənərbaxça”, "Başakşehir") İsrail (Hayfa və Təl-Əviv “Makkabi”si), Rusiya (“Zenit”, MOİK), Moldova (“Daçia” və “Zimbru”) Belarus (Minsk “Dinamo”su) və Litva (“Jalgiris”), eləcə də Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.
Toplantıda 2021-24-cü illərdə reallaşacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Klublar Assosiasiyasının baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərək UEFA-ya təqdim olunacaq.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov ECA İşçi qrupunun büro üzvüdür.