FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Sportnet.az "Yeni Şafak"a istinadən xəbər verir ki, toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyaların başçılarının iştirakı ilə start götürəcək. İclasda FIFA yarışları və videotəkrar sistemi (VAR) başda olmaqla əsas gündəm maddələri müzakirə olunacaq.
FIFA-nın 2018-2019 mövsümü üçün İcraedici Futbol Sammiti dekabrın 11-13-də Qətərin paytaxtı Dohada, yanvarın 15-17-də Mərakeşdə baş tutub. Növbəti iki sammit isə fevralın 13-15-də İstanbulda, fevralda 24-28-də isə İtaliyanın paytaxtı Romada olacaq.
İclasdan sonra qurumun prezidenti Canni İnfantino fevralın 15-də mətbuat konfransı təşkil edəcək.
Qeyd edək ki, FIFA-nın İcraedici Futbol Sammiti 2017-ci ilin noyabrında Bakıda keçirilib.