“Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranore” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Musa Qurbanlı İspaniyadakı təlim-məşq toplanışında "Ranore"yə 6:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib. Yeniyetmə hücumçu komandasını qarşıda Şotlandiya yığması ilə çətin oyunun gözlədiyini bildirib: "Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik. Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı da var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.
Qeyd edək ki, Musa Qurbanlı "Ranore" ilə.görüşdə 4 qol vurub.