Futbol üzrə Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XVIII turunda keçirilmiş "Sabah" - "Qarabağ" matçında baş verib. Ağdam təmsilçisinin futbolçusu Bədavi Hüseynov sözügedən qarşılaşmada avtoqol müəllifi olub. Bu isə mövsümdə 6-cı belə haldır.
28 yaşlı oyunçu Premyer Liqada tarixində üçüncü dəfə topu öz qapısına vurub. Hüseynov 2011/12 mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/14 mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da uğursuzluqla üzləşib.
Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda avtoqol müəllifi olub.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı 1:1 hesabı ilə yekunlaşıb.