
Fransa çempionatının oyunu “sarı jiletlilər” etiraz aksiyası üzündən təxirə salınıb.
Sportnet.az “Liqa 1”in rəsmi saytına istinadən xəbər verir ki, XXVIII turun martın 9-a nəzərdə tutulan “Nant” – PSJ matçı başqa vaxt keçiriləcək. Həmin tarixdə böyük küçə mitinqləri planlaşdırıldığı üçün hüquq-mühafizə orqanları azarkeşlərin təhlükəsizliyinin lazımı səviyyədə təmin ediləcəyindən əmin deyillər.
Oyunun hansı tarixdə keçiriləcəyi dəqiqləşməyib.
Qeyd edək ki, PSJ 25 turdan sonra 68 xalla vahid liderdir. “Nant” isə 30 xalla 14-cü yerdədir.