"Barselona" klubu 3:0 hesablı qələbə qazandıqları İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "Real Madrid"in futbolçusu Luka Modriçi ələ salıb.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi öz "Twitter" səhifəsində xorvatiyalı yarımmüdafiəçinin yerə yıxılarkən Lionel Messinin futbolkasından dartdığı epizodu paylaşıb. Fotonun altına isə bu sözlər yazılıb: "Messinin formasını klubumuzun internet mağazasına girərək almaq daha asandır".
Bundan sonra azarkeşlər arasında atışmalar başlanıb.
Qeyd edək ki, Lionel Messi "Qızıl top"u əvvəllər 5 dəfə qazanıb. Luka Modriç isə bu mükafatın son sahibidir.
— carlos (@c4rIos) 1 марта 2019 г.
Nah, je vois tes larmes ???????????? pic.twitter.com/HjRX1C4L6F
— no.1Bullshit (@ArsalanHakimi1) 1 марта 2019 г.
But Messi didn't do this ???? pic.twitter.com/bgmlwn54QU
— blue sky (@horizon_yours) 1 марта 2019 г.