"Qarabağ"ın futbolçusu Yaroslav Deda Ukrayna Premyer Liqasında mübarizə aparan "Karpatı" klubuna keçib.
Sportnet.az-ın Lvov təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 19 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Gənc forvard 13 nömrəli formanı geyinəcək.
Deda "Karpatı" ilə anlaşdığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Bu, mənim üçün yad komanda deyil. Özüm Lvov vilayətində doğulmuşam və çoxdan "yaşıl-ağ" formada çıxış etmək istəyində idim. Məni komandada yaxşı qarşıladılar. Uşaqlardan bir neçəsini çoxdan tanıyırdım. İndi gənclərdən ibarət komandada çıxış edəcəyəm. Amma əsas heyətə düşmək üçün hər şeyi edəcəyəm. Özümü hər iki cinahda rahat hiss edirəm. Hücum mövqeyini də bağlaya bilərəm. Hazırda 100 faiz hazır olmasam da, səylə çalışır. Fikrimcə, yaxın vaxtlarda optimal fiziki formamı toplayacağam".
Qeyd edək ki, Yaroslav Deda "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasında 2017-ci ildə keçilmiş UEFA Gənclər Liqasının qrup mərhələsində çıxış edib və 3 qol vurub.