“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XX turunun ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az xəbər verir ki, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir.
Nigeriyalı “Səbail”ə qarşı görüşdə dubl etməklə yadda qalıb. Araşdırmalara əsasən Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudur.