"Neftçi"nin keçmiş futbolçusu Murad Ağayev Moldova "Sfıntul George"sini tərk edib.
Sportnet.az "moldfootball.com"a istinadən xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisi iki həftədir baxışda olduğu klubla müqavilə məsələsində razılığa gələ bilməyib.
Qeyd edək ki, Murad Ağayev Rusiya MOİK-inin yetirməsidir. O, 2012 - 2014-cü illərdə Azərbaycan yığmasına çağırılıb və 2 oyuna çıxıb. 2011-ci ildə isə Ağayev ən yaxşı gənc futbolçu sayılıb. Orta sahə oyunçusu karyerası ərzində "Sumqayıt", AZAL və "Səbail"də də çıxış edib.