İngiltərədə futbol azarkeşi Pelleqrini və Lui Van Qalın balqabaqdan portretlərini hazırlayıb. Sportnet.az-ın məlumatına görə, Saymon Makminis adlı fanat "Mançester Siti” və "Mançester Yunayted” komandalarının prinsipial oyunu ərəfəsində komandaların baş məşqçilərinin portretini işləyib.
Portretlərin hazırlanmasına Makminis 25 saat vaxt sərf edib. O hər ikisi ayrılıqda 15 kq olan balqabaqdan istifadə edib.
Qeyd edək ki, "Mançester Siti” - "Mançester Yunayted” matçı noyabrn 2-də baş tutacaq.