"Kruzeyro”nun
yarımmüdafiəçisi
Lukas Silva Avropa nəhəngləri "Real”, "İnter” və "Mançester Yunayted”in maraq
dairəsinə düşüb. Sportnet.az-ın məlumatına görə, hazırda "Real” bu mübarizədə bir addım öndə göstərilir.
Ən yüksək təklifi hələlik "kral klubu” edib. İspanlar bu keçid üçün 15
milyon avro ayırıblar.
Qeyd edək ki, 21 yaşlı Lukas Silva üç il ərzində "Kruzeyro”nun heyətində 53 oyun keçirib, 3 qola imza atıb.