"Oyun barəsində danışılası çox şey yoxdur. Ən zəif oyunumuzu oynadıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Elnur ÇodarovAzərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra deyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, komandada xarakter çatışmayıb: "Belə oyunla bir xal qazanmağımız sevindirici haldır. Komandada bir az xarakter çatmır. Psixoloji durum yaxşı deyil, futbolçularla söhbətimiz olub. Rəqib 10 nəfərlə qalmışdı. Səhvlərimizi analiz edib nəticə çıxarmağa çalışacağıq".
Qeyd edək ki, baş məşqçi Ayxan Abbasov cəzalı olduğu üçün mətbuat konfransına qatılmayıb.