“Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqada XXI turun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran Azərbaycan millisinin oyunçusu “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında “40”a çatıb.
2012/2013 mövsümündən Ağdam klubunda çıxış edən Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/2014 mövsümündə 6, 2014/2015 mövsümündə 3, 2015/2016 mövsümündə 9, 2016/2017 və 2018/2019 mövsümlərində 2, 2017/2018 mövsümündə 5 qol vurub. Braziliya əsilli oyunçu ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.