
Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivdən qolları 36-cı dəqiqədə Dani Kintana, 64-cü dəqiqədə Filip Ozobiç vurub. Qəsəbə təmsilçisindən isə 56-cı dəqiqədə Xulio Sezar Rodriges fərqlənib.