Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Marko
Roys haqqında dolaşan transfer iddialarından danışıb. Sportnet.az-ın məlumatına
görə, futbolçu mövsümün ortasında bu cür xəbərlərin mənasız olduğunu bildirib.
Yarımmüdafiəçi
belə danışıb: "İnsanlar transferimi məndən çox düşünürlər. "Bavariya” ilə bağlı
tək düşüncəm "Borussiya” forması ilə onlara qarşı keçirdiyimiz oyunlarda qalib
gəlməkdi”.
Qeyd edək ki, "Bavariya”nın idarə heyətinin rəhbəri Karl Haynts Rummeniqqe yaxınlarda axtardıqları futbolçuların arasında Roysun olduğunu da açıqlamışdı.