"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXII turunda "Qarabağ"a evdə 0:6 hesablyla uduzduqlaeı matçdan sonra mətbuat konfransı keçirib.
Sportnet.az.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə matç haqda danışıb.
- Əlbəttə, acı məğlubiyyət aldıq. Oyuna pis də başlamamışdıq. Ancaq ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, çempionatın elə vaxtıdır, mövqeyimiz elədir ki. gündən-günə təzyiq altındayıq. Vaxt da azdır. Aartıq 5 gün sonra "Keşlə" ilə matçımız var və buna hazırlaşmalıyıq.
- Heyətə baxanda sanki eksperiment edirsiniz. Bütün mövsüm oynayan Vurğun Hüseynov, Rail Məlikov ehtiyatda idi, yeni müdafiə xətti formalaşdırmısınız...
- Böyük dəyişiklik etmişdik. Yalnız Elvin Bədəlova şans vermişdim. Arif Daşdəmirov mütəmadi çıxış edir, Şəhriyar Əliyev zədəyə görə kənarda qalmışdı.
- Peyman Babayiyə hər zaman şans verirsiniz. Ancaq o, ümidləri doğrultmur. Əvəzində "Sumqayıt-2"də 8 qol vuran gənc hücumçu İbrahim Əliyevə şans vermədiniz...
- Hərənin öz baxışı var. Mənim də baxışım fərqlidir, sizlərin də. İbrahim bizimlə məşq edir, perspektivi görürük. Ancaq Premyer Liqa ilə I Divizion arasında fərqi böyükdür. Siz onu görmürsünüzsə, deməli futbola baxışlarımız fərqlidir.
- İbrahim Əliyevə nəticə bəlli olandan sonra niyə şans vermədiniz?
- O, Premyer Liqada yox, I Divizionda 8 qol vurub. İbrahimin potensialını bilirik. Ancaq onu meydana buraxmamağımızın səbəbləri var. Ülvi İsgəndərlini artıq meydana buraxmışdıq. İkinci hücumçu da oyuna daxil etsəydim, orta sahədə boşluq yaranacaqdı.
- Bu məğlubiyyətdə özünüzün payı nə qədərdir?
- Əlbəttə, məğlub olmuşuqsa, məndə günah var. Bu nəticədə hərənin öz payı var. Bütün həftə işləmişik. Ancaq Zubir bütün komandanı aldadıb qol vurubsa, onda məsələyə real baxmaq lazımdır.